FacebookTwitterYouTubeDailymotionScribdCalameo
SlideshareIssuuPinterestWhatsAppInstagramTelegram
Chat About Islam Now
Choose your country & click on the link of your language.
Find nearby Islamic centers & GPS location on the map.

Our Islamic Library contains:
Islamic TVs channels LIVE
Islamic Radios LIVE
Multimedia ( Videos )
Multimedia ( Audios )
Listen to Quran
Articles
Morality in Islam
Islam Q & A
Misconceptions
Interactive files & QR codes
The Noble Qur'an
Understanding Islam
Comparative Religions
Islamic topics
Women in Islam
Prophet Muhammad (PBUH)
Qur'an and Modern Science
Children
Answering Atheism
Islamic CDs
Islamic DVDs
Presentations and flashes
Friend sites

Articles' sections



Author:


Go on with your language:
qrcode

PEYĞƏMBƏRİN (s.a.s) VİDA XÜTBƏSİ

Viewed:
1272

PEYĞƏMBƏRİN (s.a.s) VİDA XÜTBƏSİ

Allaha şükürlər olsun! Dönüşümüz onadır. Nəfisimizin acizliyindən və pis əməllərimizdən Allaha sığınırıq. Allahın hidayət etdiyini kimsə doğru yoldan çıxarda bilməz. Allahın qəzəbləndiyi kimsəyə də rəhm olunmaz.
Şəhadət edirəm ki, Allah birdir bənzəri yoxdur. Yenə şəhadət edirəm ki Məhəmməd (s.a.s) onun qulu və Rəsuludur.
Ey Allahın qulları!
Allahdan qorxmanızı və ona itaət etmənizi sizə vəsiyyət edirəm.
Ey İnsanlar!
Sözlərimə yaxşı qulaq asın. Çünki bu ildən sonra bir daha sizinlə burada görüşə bilməyəcəyimi bilirəm.
Ey İnsanlar!
Bu günün nə günü olduğunu bilirsinizmi? Bura Bəldəi-Haramdır (Məkkədir) Bu gününüz necə bir müqəddəs bir gün, ayınız necə müqəddəs bir ay, şəhəriniz necə müqəddəsdirsə, bilin ki, canlarınız, mallarınız, namusunuz, da müqəddəsdir. Bunlara təcavüz haramdır.
Ey əshabələrim!
Nə zamansa Allaha qovuşacaqsınız və hal-hazırkı, hərəkətlərinizdən əmin olun ki, sorğu-sual olunacaqsınız.
Əshabələrim!
Keçmişdə cahiliyyə dövründə güdülən qan davaları da aradan qaldırılmışdır. Aradan qaldırdığım ilk qan davası Əbdülmüttəlibin nəvəsi Rəbiənin qan davasıdır.
Əshabım!
Hər cür faiz (riba) aradan qaldırılmışdır. İlk aradan qaldırdığım riba Əbdülmüttalibin oğlu Abbasın verdiyi borclardır. Allahın əmri ilə artıq faiz almaq yasaqlanmışdır. Cahiliyyə dövründən qalma bu çirkin adətin hər növü ayağımın altındadır. Borclular alacaqlılara yalnız aldıqları pulu ödəyəcəklər.
Nə zülm edin, nə də ki, zülmə uğrayın...
Ey insanlar!
Kimin əmanəti varsa onu sahibinə versin. Bu gün şeytan sizin torpaqlarınızda yenidən nüfuz və səltənət qurmaq gücünü əbədi surətdə itirmişdir. Fəqət siz bu aradan qaldırdığım şeylər xaricində kiçik gördüyünüz işlərdə ona tabe olarsınızsa, onu sevindirmiş olarsınız. Dininizi qorumaq üçün bunlardan çəkinin.
Ey İnsanlar !
Qadınların haqlarına riayət edin. Bu xüsusda Allahdan qorxun. Siz qadınları Allahın əmanəti olaraq aldınız. Sizin qadınlar üzərində haqlarınız olduğu kimi, onların da sizin üzərinizdə haqları vardır.
Əgər razı olmadığınız hər hansı bir kimsəni ailə yuvanıza alarlarsa, onları xəbərdarlıq edib bundan çəkindirə bilərsiniz. Kişilərin borcu qadınların yemə-içmə ehtiyaclarını ödəməkdir. Onlar sizin haqlarınıza riayət etsinlər. Siz də onlara nəzakətlə davranın. Bir qadının yoldaşının izni olmadıqca onun malından bir şeyi başqasına verməsi halal sayılmaz.
Kölələrinizə gəldikdə isə onları da öz yediklərinizdə yedirin, geydiklərinizdən geyindirin. Bağışlaya bilməyəcəyiniz bir xəta etsələr, əsla onlara əziyyət etməyin. Çünki onlar da Allahın quludur.
Ey mömünlər!
Sözümü yaxşı dinləyin, yaxşı anlayın...
Təbii ki Rəbbiniz birdir. Atanızda birdir, hamınız Adəmin uşaqlarısınız, Adəm isə torpaqdandır. Heç kimsənin başqaları üzərində üstünlüyü yoxdur. Şərəf və üstünlük ancaq fəzilət ilədir. Müsəlman müsəlmanın qardaşıdır. Bütün müsəlmanlar qardaşdır, eyni haqlara sahibdirlər. Haqsızlıq etməyin, haqsızlığa da boyun əyməyin. Əhalinin haqlarını qəsb etməyin. Məndən sonra kafirlərin etdiyi kimi bir-birinizlə vuruşmayın.
Ey mömünlər!
Sizə əmanət qoyub gedirəm. Siz ona sarıldıqca, yolunuzu azmayacaqsınız. O əmanət Allahın kitabı Quran-Kərimdir.
Ey Əshabım!
Nəfsinizə zülm etməyin. Nəfsinizin də üzərinizdə haqqı vardır.
Ey İnsanlar!
Allah, hər kəsə düşən miras haqqını Quranda bildirmişdir. Hər cani öz günahından dolayı məsuliyyət daşıyır. Heç bir caninin işlədiyi cinayətə görə övladı məsuliyyət daşımır. Heç bir övladın da günahından dolayı atası məsuliyyət daşımır.
Ey insanlar!
Bir il on iki aydır. Bunlardan dördü haram aylardır. Bunlardan üçü arxa-arxaya Zilqaddə, Zilhiccə, Məhərrəmdir. Dördüncüsü rəcəbdir.
Ey insanlar!
Allaha qulluq edin. Beş vaxt namazınızı qılın, orucunuzu tutun. Əmirlərimə itaət edin. O təqdirdə Rəbbinizin Cənnətinə girə bilərsiniz. Dində ifrata varmayın. Sizdən öncəkilərin məhv olma səbəbləri, onların dində ifratda olmaları idi. Həcc üsullarını məndən öyrənin. Bilmirəm bəlkə bundan sonra bir daha həcc edə bilmədim.
Bu nəsihətlərimi burada olanlar olmayanlara çatdırsınlar. Ola bilər ki, o insanlar burada olanlardan daha da yaxşı anlayaraq dini qorumuş olacaqlar.
Ey insanlar!
Nə zamansa məni sizdən soruşacaqlar. Nə deyəcəksiniz? Vəzifəsini layiqincə yerinə yetirdimi?
(Səhabələr bu suala bir ağızdan “Bəli” dedilər. And içirik ki təbliğ etdiniz.) Buna şəhadət edirik.
Allah Rəsulu barmağını havaya qaldıraraq, üç dəfə;
Şahid ol Ya Rəbbi dedi.

www.islamic-invitation.com

 
All copyrights©2006 Islamic-Invitation.com
See the Copyrights Fatwa